Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində digər prezidentlərlə birlikdə Həzrət Sultan Muzey-Qoruğu ilə tanış olub.Dövlət başçıları Xoca Əhməd Yasəvi məqbərəsini də ziyarət ediblər. Daha sonra İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib. Prezident bildirib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artır və Türk dünyası gələcəkdə güclü geosiyasi mərkəzlərdən birinə çevrilməlidir. Dövlət başçısı çıxışında rəqəmsal inkişaf, süni intellekt, Orta Dəhliz və Zəngəzur dəhlizi layihələrinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd olunub ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Prezident əlavə edib ki, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
15 may 2026

