Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı ilə əlaqədar paylaşım edib
2021-04-02 18:08
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı ilə əlaqədar paylaşım edib. Paylaşımdakı fotonun üzərində “Ramazan bayramınız mübarək!”, deyə qeyd edilib. Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində Ramazan bayramı münasibətilə paylaşım edib. “Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”, - deyə paylaşımda deyilir.
Vüsalə camal