Samir Rzayev “Azərbaycan Hava Yolları”nın prezidenti təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd olunacağı ilə bağlı da sərəncam imzalanıb. Dövlət başçısı avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən bir qrup şəxsi 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilib. Prezident İlham Əliyev COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncamda dəyişiklik edərək COP29-un Təşkilat Komitəsinin tərkibini genişləndirib.