Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Ramil Usubov “Şərəf” ordeni, Məcid Çaybasarski isə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər. Müvafiq sərəncamları Prezident İlham Əliyev imzalayıb.
14 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı‒Şamaxı‒Yevlax ‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmirinə 1,4 milyon manat, 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün isə 1 milyon manat ayrılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalanıb.
Fərid Mehdiyev