Prezident İlham Əliyev sərəncam imzalayıb

2019-06-10 18:06

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Daxili İşlər Nazirliyinin müəyyən edilməsi barədə sərəncam imzalayıb. Digər sənədlə “Azərbaycan Sənaye Korporasiyası” Müşahidə Şurasının üzvləri təyin ediliblər.

Vüsalə Camal