Prezident İlham Əliyev Qusara səfər edib
Prezident İlham Əliyev Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib. Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun və Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətlə keçirilən mərasimə də qatılıb. Layihə 2030-cu ilə kimi Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Vəfa Şairova