Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib
2021-12-13 16:00
Birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Sirr deyil ki, “Qarabağ” futbol klubunun adı üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, növbəti mərhələdə də komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək xalqımızı sevindirəcəksiniz. Bunu UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edən Prezident İlham Əliyev bildirib. Dövlət başçısı “Qarabağ” futbol klubuna qarşı hakim ədalətsisliyini də sərt tənqid edib.
Vüsalə camal