Canlı
Prezident İlham Əliyev Qafqazın ən böyük ticarət mərkəzinin açılışını edib

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib. Dövlət başçısının iştirakı ilə Mirzə Şəfi Vazeh muzeyinin açılışı olub. Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsib. İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

Vəfa Şairova