Prezident İlham Əliyev Putini və Rusiya xalqını təbrik edib
2020-05-09 16:04
Prezident İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edərək Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib. Vladimir Putin də dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Prezidentlər koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.
Vəfa Şairova