Canlı
Prezident İlham Əliyev Putinə başsağlığı verib

2018-03-07 / 12:07

Prezident İlham Əliyev Suriyada Rusiya təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib. “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım”, - deyən dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına başsağlığı verib. Qəza ötən gün təyyarə Suriyada Xmeymim aviabazasına eniş edən zaman baş verib. Laynerin göyərtəsində olan 39 hərbçinin hamısı həlak olub.

Ruhəngiz Hacızadə