Prezident İlham Əliyev Naxçıvan MR-na səfər edib

2021-05-10 14:02

Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında və Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalını istifadəyə verən ali baş komandan Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə maraqlanıb, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib, Culfa-Ordubad magistral avtomobil yolunun açılışı olub. Ordubadda tikilməkdə olan Su Elektrik Stansiyası barədə də Prezident İlham Əliyevə məlumat verilib. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı və Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanışlıq da olub.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik