Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır, Ali Məclis müəyyən hallarda buraxıla bilər. Ali Məclisin sədri və deputatlarla bağlı qaydalar yenilənib, yerli icra hakimiyyəti başçıları Prezident tərəfindən təyin ediləcək. Eyni zamanda, Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq.
10 mart 2026

