Prezident İlham Əliyev Moskvadakı paradda iştirak etməyəcək
2020-06-18 16:00
Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar. Dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını, ölkəmizin bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacağını diqqətə çatdırıb.
Vüsalə Camal