Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
2021-02-24 12:00
Prezident İlham Əliyev Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb. İşğaldan azad olunmuş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, oradakı vəziyyətlə yerindəcə tanış olduğunu bildirən İqor Qrosu ölkəsində yaşayan Azərbaycan diasporunun yerli cəmiyyətə çox yaxşı inteqrasiya etdiyini də diqqətə çatdırıb. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Fərid Mehdiyev