Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.35 mərtəbəli müasir bina yüksək texnoloji imkanlara malikdir və beynəlxalq şəhərsalma standartlarına uyğun inşa olunub.Yeni binada 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, 25 görüş otağı və geniş təlim imkanları yaradılıb.Prezident milli pul nişanlarının tarixi və dizaynına dair sərgi ilə də tanış olub.Binada müasir texnologiyalar, təhlükəsizlik sistemləri və enerjiyə qənaət edən işıqlandırma həlləri tətbiq olunub.
03 iyun 2026

