Prezident İlham Əliyev müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə xalqa müraciət edib
2021-10-18 12:00
Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib. "Əziz həmvətənlər! Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbrik edirəm. İlk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır", - deyə müraciətdə bildirilib.
Vüsalə camal