Azərbaycan ərazisindən son bir il ərzində Ermənistana 100 min tondan artıq yük daşınıb.Bunu Prezident İlham Əliyev noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən bildirib.Görüşdə Azərbaycan-Litva münasibətləri, enerji təhlükəsizliyi, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Litva naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan irəliləyişləri təqdir edib.Dövlət başçısı bildirib ki, münasibətlərin normallaşması fonunda iki ölkə arasında iqtisadi və ticarət əlaqələri qurulur.Görüşdə həmçinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri, mina təhlükəsi, Azərbaycan-Avropa İttifaqı münasibətləri və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
24 noyabr 2026

