2020-02-15 10:00
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarında olublar. Birinci xanım Mehriban Əliyeva rəsmi instagram səhifəsində səfərlə bağlı paylaşımlar edib. Dövlət başçısı vurğulayıb ki, birinci "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra ediləcək. İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Bəsitçay Dövlət Təbiət Qoruğunda da olublar, burada çinar ağacları əkiblər, Bəsitçaya balıq körpələri buraxıblar. Dövlət başçısının sözlərinə görə, 100 min hektar, bu günə qədər suvarılmayan torpaqlara su verilməsi üçün tapşırıq verilib. Beləliklə 6-7 rayonda kənd təsərrüfatı daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Artıq 7000 hektarda əkin işləri aparılıb. Prezident İlham Əliyev Laçında Azərbaycan bayrağını ucaldıb, Güləbird kəndində inşa edilən Su Elektrik Stansiyasının açılışı olub.
Nərgiz camal