Prezident İlham Əliyev iranlı həmkarı ilə görüşüb
"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi". Bunu İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib. Dövlətimizin baççısı qeyd edib ki, əvvəlki illərdə də regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. "İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər" - dövlət başçısı əlavə edib.
Nərgiz Camalzadə