Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Prezident İlham Əliyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.Görüşdə əl-Maliki Prezidentin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışının, xüsusilə müharibələrin dayandırılması və dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı fikirlərinin aktuallığını vurğulayıb.Prezident İlham Əliyev Azərbaycanla ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini davam etdirəcəyini qeyd edib. Dövlət başçısı gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrlik edəcəyini də diqqətə çatdırıb.
27 oktyabr 2026

