Prezident İlham Əliyev Hadrutda hərbi hissənin açılışını edib
2021-12-24 16:12
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib. Dövlət başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub, təlim fəaliyyətini izləyiblər.
Vüsalə camal