Prezident İlham Əliyev Gürcüstanın yeni Baş Nazirini təbrik edib

2019-09-10 10:44

“Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir”. Bunu Prezident İlham Əliyev Gürcüstanın yeni Baş Naziri Giorgi Qaxariyaya təbrik məktubunda bildirib. “İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə dövlət başçısı vurğulayıb.

Ruhəngiz Hacızadə