Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.Dövlət başçısı iki ölkə arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Görüşdə informasiya texnologiyaları, rəqəmsal transformasiya və nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.Daha sonra Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
27 noyabr 2026

