Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.Görüş “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.Tərəflər Azərbaycan-Ukrayna iqtisadi-ticari əlaqələrinin inkişaf perspektivlərini və qarşılıqlı səfərləri müzakirə ediblər.Volodimir Zelenski Ukraynanın enerji infrastrukturuna göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.Görüşdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işləri, eləcə də bu təcrübənin Ukrayna üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.Daha sonra Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib.
12 noyabr 2026

