Prezident İlham Əliyev Cümhuriyyət Günü münasibətilə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
2020-10-29 14:05
Prezident İlham Əliyev Cümhuriyyət Günü münasibətilə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlət başçısı həmkarına və Türkiyə xalqına təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib.
Vüsalə Camal