Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.Görüşdə Bakıda keçirilən “ADEX-2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyəti qeyd olunub. Lord Vernon Kioaker sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib və Azərbaycanın Birləşmiş Krallıq üçün mühüm dost ölkə olduğunu bildirib.Dövlət başçısı bildirib ki, Azərbaycan 20 ildən artıqdır müdafiə sənayesinə sərmayə qoyur və hazırda bu sahədə həm daxili tələbat, həm də ixrac üçün məhsullar istehsal olunur.Görüşdə müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, eləcə də ölkəmizdə birgə müəssisələrin yaradılması istiqamətində aparıcı şirkətlərlə əməkdaşlıq imkanları da müzakirə olunub.

30 sentyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik