Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işləri davam edir. Bununla bağlı Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrılıb. Digər sərəncamlarla Arif Hüseynov “Şöhrət” ordeni ilə, Kamran Musayev isə “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Nərgiz Camalzadə