Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb
2020-12-16 14:04
Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb. Elman Telman oğlu Abdullayev Azərbaycanın Efiopiya, Keniya, Cibuti və Ruandada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycanın Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Abdullayev Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Nərgiz Camal