Canlı
Prezident İlham Əliyev Bakı-Rusiya sərhədi magistralında yeni yolun təməlini qoyub

2017-12-07 / 12:00

Prezident İlham Əliyev Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq. Yaşayış məntəqələrindən keçmədən, mövcud olanlara alternativ yolların tikintisi magistral yollarda nəqliyyatın sıxlığını aradan qaldırmaq, yollarda yüksək sürət rejimi və təhlükəsizlik tələblərinin təmin etmək məqsədi daşıyır.

Vəfa Şairova