Prezident İlham Əliyev bütün xristian icmasını təbrik edib
2020-01-05 18:00
Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib, ən səmimi arzu və diləklərini yetirib. "Əziz həmvətənlər! Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!” - deyə təbrikdə qeyd edilir.
Nərgiz camal