Prezident İlham Əliyev: Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir
Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir. Bu sözlər Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə Baş nazir Viktor Orbana ünvanladığı təbrik məktubunda qeyd olunub. Dövlət başçısı iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, enerji və siyasi sahələrdə əməkdaşlığın inkişafını, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin möhkəmlənməsini xüsusi qeyd edib. Prezident İlham Əliyev Viktor Orbana cansağlığı, Macarıstan xalqına rifah və əmin-amanlıq arzulayıb.