Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
2020-09-16 14:00
Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir. Prezident İlham Əliyev Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına təbrikində vurğulayıb ki, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.
Nərgiz Camal