Prezident İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri, strateji tərəfdaşlıq və regionda sülh gündəliyi müzakirə olunub.Dövlət başçısı 2026-cı ilin ikitərəfli əlaqələr baxımından tarixi əhəmiyyət daşıdığını vurğulayıb. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini bildirib. Markveyn Mullin isə Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, TRIPP layihəsinin regionda nəqliyyat bağlantılarının və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
23 noyabr 2026

