Prezident İlham Əliyev Ağdamda səfərdədir
2021-05-28 14:10
Prezident İlham Əliyev Ağdama səfər edib. Bərdə-Ağdam avtomobil yolunun, şəhərdə inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub, habelə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib. Dövlət başçısı Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində eləcə də Şahbulaq qalasında olub. Ölkə rəhbəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Ağdam şəhər meşə-parkında ağac əkib. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi də yaradılacaq
Fərid Mehdiyev