Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib
2021-11-08 14:00
Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. Bu, Zəfər, rəşadət, ədalət, milli qürur bayramıdır. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbiçilər qarşısında çıxışı zamanı bildirib. "Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcək", - deyə dövlət başçısı sözlərinə əlavə edib.
Fərid Mehdiyev