Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib. Dövlətimizin başçısı açılışı olan Qaradağ Günəş Elektrik Stansiyasının “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. Prezident stansiyanın regionda ən böyük günəş elektrik stansiyası, həmçinin Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulayıb.
Lalə Nəsib