Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib
2020-02-01 16:00
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. Dövlət başçısı ölkədə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlərdən olduqca kədərləndiyini deyib. Xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə başsağlığı verir, virusa yoluxanların tezliklə sağalmasını arzulayıb. Bu müvəqqəti çətin günlərdə Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq deyə prezident bildirib.
Vüsalə Camal