Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.Görüşdə qeyd olunub ki, iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq genişlənir. Çin rəsmisi Prezident İlham Əliyevə Çin lideri Si Cinpinin salamlarını çatdırıb və Bakıda keçirilən WUF13 forumunun əhəmiyyətini vurğulayıb.Prezident İlham Əliyev isə Azərbaycanın “vahid Çin” siyasətini daim dəstəklədiyini bildirib. Görüşdə həmçinin tranzit, yükdaşımaları və hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə olunub.
18 may 2026

