2021-11-12 18:00
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edən Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib. "Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Fərid Mehdiyev