Prezident İlham Əliyevlə Qazaxıstanın birinci prezidenti arasında telefon danışığı olub
2020-07-31 14:00
Prezident İlham Əliyevlə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub. Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edən dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatından danışıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla da Prezident İlham Əliyev telefonla danışıb. Türkmənbaşı dövlət başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.
Nərgiz Camal