Prezident İlham Əliyev Livanın dövlət başçısına başsağlığı verib
2020-08-05 18:00
Prezident İlham Əliyev Beyrut şəhərində baş verən dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Livanlı həmkarı Mişel Aunaya başsağlığı məktubu göndərib. Dövlət başçısı çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu, faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstəriləcəyini bildirib.
Nərgiz Camal