Prezident İlham Əliyev Kəlbəcərdə hərbi qulluqçumuzun şəhid olmasından danışıb

2021-01-13 10:12

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Kəlbəcərdə hərbi qulluqçumuzun şəhid olması barədə danışıb. Qeyd edib ki, ermənilər başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Düşmən tərəfin 6-8 hərbi qulluqçusunun məhv edildiyinə, çoxlarının yaralandığına diqqət çəkən dövlət başçısı deyib ki, bundan sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başlayıb. "Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik