Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb
2020-01-24 16:00
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. “Qarabağ” yatağı layihəsi müzakirə olunub. Həmçinin alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşündə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkilib.
Vüsalə Camal