Prezident İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinə müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.Dövlət başçısı bildirib ki, korrupsiya ilə mübarizə həm milli, həm də beynəlxalq səviyyədə birgə tədbirlərin görülməsini zəruri edir. O, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və xidmətlərin rəqəmsallaşdırılmasının bu sahədə mühüm rol oynadığını vurğulayıb.Prezident, həmçinin Azərbaycan torpaqlarının işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismar edildiyini bildirib. Onun sözlərinə görə, bu fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb, regionun ekologiyasına isə ciddi ziyan vurulub.İlham Əliyev rəqəmsal inkişaf və süni intellektin yayılmasının korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, yeni risklər də yaratdığını qeyd edib. O, müasir texnologiyalardan səmərəli istifadənin belə cinayətlərin qarşısının alınması və araşdırılmasında əhəmiyyətini vurğulayıb.

28 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik