Prezident Fuat Oktayla CQD-nin imkanlarının genişləndirilməsini müzakirə edib
Nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti Prezident İlham Əliyevlə Türkiyənin Vitse-prezidenti Fuat Oktayın görüşündə qeyd edilib. Qəbulda Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulanıb, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti və ixrac imkanlarının genişləndirilməsinin önəmi qeyd edilib.