Prezident dövlət qulluqçusunu "Şərəf" ordeni ilə təltif edib
Prezident İlham Əliyev Kamran İmanovu “Şərəf” ordeni ilə təltif edib.Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət sahəsinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Noyabrın 5-də Kamran İmanovun 80 yaşı tamam olacaq.
04 noyabr 2026

