Prezident Dövlət Neft Fondunun yeni icraçı direktorunu qəbul edib

2019-11-29 18:02

Prezident İlham Əliyev İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib. Dövlət başçısı vurğulayıb ki, bu il Fondun gəlirləri 4 milyard dollardan çox artıb. Dövlət Neft Fondunun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi belə imkanlar yaradır. Prezident İlham Əliyev əminəmliyini ifadə edib ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq.

Fərid Mehdiyev