Prezident bu il də idmançılarımızı sevindirib, 29 nəfərə mənzil verilib
Ötən gün xalqımız tarixi hadisəyə şahidlik edib. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyunu izləyiblər. Dövlət başçısı oyundan əvvəl stadionda çıxış edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. İdman ictimaiyyətinin 29 nümayəndəsinə mənzil hədiyyə edilib.
Vüsalə Cənnətova