Canlı
Prezident Britaniya baş nazirinin ticarət elçisi ilə əməkdaşlığı müzakirə edib

2018-02-14 / 15:59

Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişafı prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonla müzakirə edilib. BP şirkəti ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb.

Vüsalə Camal