Prezident: “Kiçik ada dövlətlərini dəstəkləmək üçün xüsusi fond yaradılması planlaşdırılır”
İnkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi üçün xüsusi fondun yaradılmasını planlaşdırırıq. Onlar üçün iqlim dəyişikliyi təhlükədir. Bunu Prezident İlham Əliyev 9-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılış mərasimində deyib. "COP29 çərçivəsində səylərimizi səfərbər edib, diqqətimizi planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik", - deyə dövlət başçısı qeyd edib. Prezident İlham Əliyevə “Caspian Energy” jurnalının yubiley nüsxəsi də təqdim edilib.
Vüsalə Cənnətova